Hər il 2 fevral Gənclər günü ölkəmizdə yüksək əhval-ruhiyyə ilə keçirilir. Ulu öndərimiz Heydər Əliyevin gənclərə miras qoyduğu Gənclər günü MDB məkanında və Şərq ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında qeyd edilib. Bu gün ümummilli liderimizin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev gənc nəslin inkişafına xüsusi diqqət və qayğı göstərir. Dövlətimiz gənclər siyasətinə çox böyük önəm verir. 2 fevral günü hər il böyük coşqu ilə qeyd edilir.
02.02.2016-cı il tarixdə Xocalı rayon əhalisinin müvəqqəti məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi və Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə "Gənclər günü" münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov rayonumuzun ictmai həyatında gənclərin fəaliyyətini çox yüksək dəyərləndirir. Gənclər günü ilə bağlı keçirilən tədbirdə rayon başçısı gənclərimizin ölkəmizin həyatında tutduğu mövqedən geniş söhbət açdı. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa oyunlarında gənclərimizin göstərdiyi nəticə ilə həmişə qürur duyuruq. Xocalı rayon gəncləri də həm ölkəməmizin, həm də rayonumuzun ictimai-siyasi həyatında çox mühüm yer tutur. Azərbaycanımızın uğurlu gələcəyi məhz gənclərin məqsədyönlü fəaliyyətindən asılıdır. Cənab başçı Şahmar Usubov Azərbaycan gənclərinə sağlam düşüncə, vətənpərvərlik, mənalı gənclik, müvəffəqiyyətlər arzuladı.
Tədbirdə Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən idman yarışlarında və təhsil müsabiqələrində fərqlənən, həmçinin ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə Fəxri Fərmanlar təltif edildi, hədiyyələr paylandı. YAP Xocalı rayon Gənclər Birliyi kollektivi də təltif edilənlər sırasında idi.
Əminliklə demək olar ki, Azərbaycanımızın uğurlu gələcəyi olan gənclərimiz zamanlarını səmərəsiz keçirmir. Hər bir Azərbaycan gənci ölkə başçısının, dövlətimizin gənclərə olan diqqət və qayğısını görür və öz üzərinə düşən məsuliyyəti dərk edir. İşğal altında qalan torpaqlarımızın düşmən tapdağı altından azad olunması gənclərimizin Vətənimiz qarşısında olan borcunu layiqli yerinə yetirməsindən asılıdır.
Azərbaycan gənclərinə uğurlar olsun!